YAZDIM MƏNDƏN QALAN OLSUN
><><
Nə yazdımsa xəyalıymış, Duyulunca dünə döndü. Alnımdakı qırışlara, Saçımdakı dənə döndü. * Söz toxudum, ilmələri Toxuyanlar anlamadı. Anlayanlar oxumadı, Oxuyanlar anlamadı. * Kəlmə kəsdim əkməyimlə, Süfrəmin duzu dağıldı. Əlimdən düşdü qələmim, Toprağa yazı dağıldı. * Türkü yazdım özgürlüyə, Buruldu qolum arxama. Üfüqlərdə söndü günəş, Keçincə yolum arxama. * Yazdım mavi səmaları Durnaları ötüşüncə. Səsim göydə halay vurdu Tanrılara yetişincə. * Yazdım belim əyilincə, Amma özüm əyilmədim. Döydüm sözü sətirlərdə, Sətirlərdə döyülmədim. * Dəyərini bilə bilə Yazmadım ki,alan olsun. Anıların işğında Yazdım məndən qalan olsun. *** |
Kutlarım güzel şiir ini ve seni.
Saygılarımla.
Selamlar. ..