MƏNİM BU DÜNYADAN ÖCÜM ŞEİRDİR
***
(şeirlər toplusu) <ikinci şeir> *-*-* Şeirimdə qələtim,qüsurum olsa, Alın sətrlərdən çalın təpəmə. Bir sözüm,bir kəlməm günahlarımsa, Daşımdı,əndərin,salın təpəmə. * Heca,qafiyələr işim,şakərim, Dədəmdən,babamdan qalmadı mənə. Qananlar oxudu,anladı,bildi, Qanmayan heç sallaq salmadı mənə. * Dişimin dibindən çıxanı deyil, Könlümün dibindən çıxanı yazdım. Çirkli yaxalarda əlimin izi, Qorxmadım hər iki yaxanı yazdım. * Bəyaz kağızlarda yol çəkir gözüm, Yolun əvvəli də,sonu da mənim. Mövsümlər,fəsillər göz gözə durmuş, Sıcağı da mənim,donu da mənim. * Tanrıdan almışam yazar haqqımı, Namazım,orucum,həccim şeirdi. Dünyadan öcümü almağa gəldim, Mənim bu dünyadan öcüm şeirdi. *-*-* |
Alın sətrlərdən çalın təpəmə.
Bir sözüm,bir kəlməm günahlarımsa,
Daşımdı,əndərin,salın təpəmə.
*
Heca,qafiyələr işim,şakərim,
Dədəmdən,babamdan qalmadı mənə.
Qananlar oxudu,anladı,bildi,
Qanmayan heç sallaq salmadı mənə.
*
Dişimin dibindən çıxanı deyil,
Könlümün dibindən çıxanı yazdım.
Çirkli yaxalarda əlimin izi,
Qorxmadım hər iki yaxanı yazdım.
*
Bəyaz kağızlarda yol çəkir gözüm,
Yolun əvvəli də,sonu da mənim.
Mövsümlər,fəsillər göz gözə durmuş,
Sıcağı da mənim,donu da mənim.
*
Tanrıdan almışam yazar haqqımı,
Namazım,orucum,həccim şeirdi.
Dünyadan öcümü almağa gəldim,
Mənim bu dünyadan öcüm şeirdi.
*-*-*
Çox gözel ve anlamlıydı severek okudum
Yüreğine sağlık usta
_____________________Saygılar