YÖNÜM KIŞA TARAFDI*** ("Xəzandan sonra qışdı"-silsilə şeirlər) * Birtəhər,ölə qala, Gözlərim dola dola, Xəzanı verdim yola, Yönüm qışa tərəfdi. * Söz qovuram içimdə, Çətin duram içimdə, Soyuyuram içimdə, Yönüm qışa tərəfdi. * Bülbülü getmiş bağam, Saralmış son yarpağam, Yağmalanmış torpağam, Yönüm qışa tərəfdi. * Göylərin boz rəngi nə? Fikrim keçdi çənginə, Dörd mövsümün dənginə- Yönüm qışa tərəfdi. * Üfüqü qaralarım, Vətəndi oralarım, Sızlayır yaralarım- Yönüm qışa tərəfdi. *** |