1
Yorum
1
Beğeni
5,0
Puan
942
Okunma
İLAHİ,
"Kişisən,sözünd en geç"-
desən,geçim,
"Əkməğin,duzundan geç"-
desən,geçim
"İynə ildızından geç"-desən,geçim
"Namərd köprüsündən geç"-demə
mənə.
Qurbanam,qəməni çək
boğazıma,
Hakkını verməsəm çök boğazıma,
Həlalın zəhərsə,tök boğazıma,
Haram şərbət olsa "iç"-demə
mənə.
Günün gündüzümə saçır,bəsimdi,
Dostlarım qapımı açır,bəsimdi,
Qartalam,dağlar dan
uçur,bəsimdi,
"Sərçə yuvasından uç"-demə
mənə.
Ay doğsan,gün olsam sönüb
gedərəm,
Bir ağız haraya çönüb gedərəm,
Məzlumun önündən dönüb
gedərəm,
"Zalimin önündən qaç"-demə
mənə.
Zəliləm,ərənlər tutsun qolumdan,
Çəkilsin dumanlar,çənlər
yolumdan,
Gəlsəm qəzəbinə çarpma
solumdan,
"Vaxtındı,dünya dan göç"-demə
mənə.
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.