YADIMA BÖLÜNMÜŞ BİR VƏTƏN DÜŞÜR
***
Büdrəyir yorulmuş ayaqlarımız, Dağa duman düşür,düzə çən düşür. Sınırlarda bitən yollar görəndə, Yadıma bölünmüş bir Vətən düşür. * Kabuslar astadan çağırır məni, Bir addım geriyə boylanıram,ah. "Mən","mən" deyənlərin acizliyindən, Getdi dədələri gömdüyüm topraq. * Şərəfdən namusdan dəm vurduq,yetər, Sərhəddi düşmənə açan biz olduq. Yüyənsiz at kimi tarixlər boyu, Elədən beləyə qaçan biz olduq... * Eninə boyuna qoca tarixi, Bəzən qarış qarış gəzməyim gəlir. Qəbirdən çıxarıb dədələrimi Kurşuna,mərmiyə düzməyim gəlir. * Vicdanı,namusu tamaha satıb Siz siz olmadınız mən mən olmağa. Uyub nəfsinizə siz,bu toprağı Niçin qoymadınız Vətən olmağa. * Şəhidlər verəcək hələ bu topraq, Hələ çox məzarlar qazılacaqdır. Özgürlük uğrunda savaşanların Tarixi yenidən yazılacaqdır. *** |
Şəhidlər verəcək hələ bu topraq,
Hələ çox məzarlar qazılacaqdır.
Özgürlük uğrunda savaşanların
Tarixi yenidən yazılacaqdır.