GÜNAH GÖZLƏRİMİN QARASINDADIR
***
Ağlım hisslərimə kölə deyilmiş, Eşqin iztirabı çilə deyilmiş, Demə,gördükləri m belə deyilmiş, Günah gözlərimin qarasındadır. * Acı var bir çimdik duzun içində, Duyğu var,həvəs var buzun içində, Eşqi sorsan yeri gözün içində, Dadı dodaqların arasındadır. * Sevdiyim sınamış sədaqətimi, Titrəyən bədəni hərarətimi, Axtarsan,arasan məhəbbətimi Bax burda,sinəmin burasındadır. * Bəyaz vərəqlərdə sözlərim yorğun, Sabaha açılmır gözlərim,yorğun, Qalxmışam dağları dizlərim yorğun, Enişi bilmirəm harasındadır. *** |