RƏSMİMİ ÇİZƏNLƏR ÇİZDİ SON DƏFƏ
***
Sülənir içimdə vecsiz duyğular, Çopur aynalardan baxıram,sanki. Çaylara tökülmüş beş-altı damla- Ünvansız,ümmans ız axıram,sanki. * Dərdim düyünlənmiş yumruqlarımda, Alnımın qırışı-qədərim mənim. Elə tanıtmışam özümü ona, Yaxamdan əl çəkmir kədərim mənim. * Bu mən deyiləmmiş... Qayıb dünyanın Qayıb köşəsinin sakinlərindən Sonsuz divarlara adı yazılmış Bir Tanrı bəndəsi... Oysa mənəm,mən. * Məni anlayanlar hələ doğmamış, Ağlımın sirləri mələklərdədi. Çaşmış nəfslərdən çürüyən canım Torpaqda,havada ,küləklərdədi. * Ağaclar kimiyəm,mövsüml ər fərqli, Doğuldum on dəfə,öldüm on dəfə. O daş lövhələrə boz boyalarla Rəsmimi çizənlər çizdi son dəfə. * ...Kim deyir,həyatdı boşuna keçir, Onun da məqsədi,bir məramı var. Bəlkə də oyundur,Tanrı oynadır, Kəndi faciəsı,öz dramı var. * Pərdələr önündə savaş bitməyir, Ağlayan qəhrəman,gülən qəhrəman. Mən də qəhrəmanam,atsı z,silahsız, Savaş başlamadan ölən qəhrəman. *** |