MƏN TANRIDAN RAZIYAM,BƏNDƏDƏN NARAZIYAM*** Hələ ahirət günü divara vurulmamış, Hələ mizan tərəzi dəzgahı qurulmamış, Hələ hakkı hesabı dünyanın sorulmamış... Baxıram bu gedişə indidən narazıyam. Mən Tanrıdan razıyam, bəndədən narazıyam. * Dönün üzlərə baxın görün kim nə gündədir, Günahı həm səndədir, günahı həm məndədir. Babam sayır qoy saysın, kündə həmin kündədir. Anamın yoğurduğu kündədən narazıyam, Mən Tanrıdan razıyam, bəndədən narazıyam. * İri ağızlar varsa iri qarınlar da var, İri qarınlar varsa demək sorunlar da var, Bu gün keyf eləyənlər, bilin,yarınlar da var. Bir gödəni doydurub min gödən narazıyam, Mən Tanrıdan razıyam, bəndədən narazıyam. * Bir gün asılacaklar məni ipdən asanlar, Haramı halal bilib yediyini qusanlar, Tanrı hesabındadı Qur’ana əl basanlar... Nahakka "Siz" deyirlər, hakka "sən"-narazıyam , Mən Tanrıdan razıyam, bəndədən narazıyam. * Ağaların varını sorma, qiyamət qopar, Barmağının ucunü vurma,qiyamət qopar, Yatmısan eləcə yat, durma,qiyamət qopar... Səni bilmirəm,qardaş , amma mən narazıyam, Mən Tanrıdan razıyam, bəndədən narazıyam. *** razıyam-memnunum narazıyam-memnun değilim |
Yüreğine kalemine sağlık
Yüreğin susmasın
______________________________________________Saygılar