ÜZÜR MƏNİ ŞÜBHƏLƏR
***
Bulud yağmur səpələr, İslanar şiş təpələr, Sevir mi,sevməyir mi... Üzür məni şübhələr. * Günah bu tövr- dedim, Başına çevir-dedim, Döndü,bir dəfə baxdı, Bəlkə də,sevir-dedim. * Ardınca ləngimədim, Yüyürdüm,təngim ədim, Sevda küləyi oldum, Əsdim də,səngimədim. * Dilək tutdum nəhs oldu, Neylədim əbəs oldu, Ona zövqü,səfası, Mənə dərdi bəs oldu. * Çocuq oyuncağıtək, Oynatdı məni tək tək, Atdı,unutdu,get di, Nə can qaldı,nə ürək. *** |
Yüreğine kalemine sağlık
Yürek sesin susması
___________________________________________________________Saygılar