AĞLIYOR (MISIRIN HALİNE)
AĞLAYIR
Ağla, öz halına ağla a qardaş, Hər kəs öz halına , özü ağlayır. Ağlamağa yaranıbdır müsəlman, Oğulu ağlayır, qızı ağlayır. Surya, Misir yanır kimin oduna? Amerkamı yetişəcək dadına? Bir ləkədir böyük xalqın adına, Cahanı görməyən gözü ağlayır. Öz haqqına özü yiyə durammır, Zalımların zəncirini qırammır, Despotlaşır, nə hürüyyət qurammır, Çün ki, pərdələnmiş üzü ağlayır. Bəsdir artıq, cəhalətdən ayılsın, Qaldırılıb mərtəbəyə qoyulsun, Millətlərin arsında sayılsın, Keçərli olmayan sözü ağlayır. Ay Coculu, doğru yolu bulginən, Gəl birinci öz qeydinə qalginən, Nə ağlatma, nə ağlama, gülginən, Dünyada millətin yüzü ağlayır. |
Qaldırılıb mərtəbəyə qoyulsun,
Millətlərin arsında sayılsın,
Keçərli olmayan sözü ağlayır.
Ay Coculu, doğru yolu bulginən,
Gəl birinci öz qeydinə qalginən,
Nə ağlatma, nə ağlama, gülginən,
Dünyada millətin yüzü ağlayır.
____________________________________Yüreğine kalemine sağlık üstad mükemmel anlatımdı beğeni ile okudum
Saygılar usta kaleme