TƏƏSSÜRAT
Tərtəmiz, aydın səma...
Dəcəl, şıltaq dalğalar... Saçlarımı oxşayan mehriban, sərin külək... Hər bir xəyal, hər dilək sanki körpə bir bəbək Gözəl, kiçik nənnidə asta-asta yırğalar. Ürəyimdə tərtəmiz saf bir məhəbbət vardır, Bu dünya aşiq üçün əlbət ki, darısqaldır. Dünyadan büyük olan eşq adlı səadətim Yerləşibdir bu təndə, sinəm altda-Ürəkdə, Yaşayır hər arzuda, gülür hər bir diləkdə. Görəsən məhəbbətin öz yurdu bəs haradır? Bəlkə ürək özü də RƏBBİMin hüzuruna açılan darvazadır? Məhəbbət məhz O`nadır, Bu yol O`nun yoludur, Qalan bütün sevgilər bu sevgidən doğulur. Demək, qəlbimdəki eşq bu sevgidən qəlpədir, Çox möhtəşəm dalğadan ayrılan bir ləpədir. Sənə olan hislərim o sevgidən güc alır. O`na olan sevgidən doğulmuş məhəbbətlər əbədiyyən yaşayır. |