ŞAİRİ ŞAİR QANDIRAR*** Quru palçıqdan çönmüşəm, Çönüb Adəmə dönmüşəm, Göylərdən indi enmişəm Ayağımın tozu ilə. * Fırlanıb mələk başıma, Açıbdı kələk başıma, Ortalıqda təkbaşıma Savaşıram yüzü ilə. * Bu qərib cana qıymışam, Duvarda deşik oymuşam, Başımı dərddə qoymuşam, Təpəgözün gözü ilə. * Söz götürdü hara məni, Əynimdə zərxara məni, Çəkib dardan dara məni, Asılmışam çözü ilə. * Qoyma minnəti boynuma, Daş atma bəylik aynama, Tanrım,oynama,o ynama, Əkməyimin duzu ilə. * Bu dünya nəyi andırar, Vurma,əlini yandırar, Şairi şair qandırar Beş on kəlmə sözi ilə. *** qandırmaq-anlat mak manasında * |
Əynimdə zərxara məni,
Çəkib dardan dara məni,
Asılmışam çözü ilə.
*
Qoyma minnəti boynuma,
Daş atma bəylik aynama,
Tanrım,oynama,o ynama,
Əkməyimin duzu ilə.
*
Bu dünya nəyi andırar,
Vurma,əlini yandırar,
Şairi şair qandırar
Beş on kəlmə sözi ilə.
***
qandırmaq-anlat mak manasında
*
Çok güzeldi kutladım yüreği kalemi
Selam olsun Ata yurduma