BABAMIN SÖZÜNƏ BAXMADIM,HEYF
***
Qapımı döyənə qoşa açmışam, Döydüyüm qapılar yaman dar gəlir. Necə hakbilməzin hakkım boynunda, Hakkımı istəmək mənə ar gəlir. * Babamın sözünə baxmadım,heyf, Deyərdi: -Təpəldən əlhəzər eylə. Kürənə yol verib yoldaş olanda Sağına,soluna bir nəzər eylə. * Məndən sormadı ki.Günün birində Kaderim təpəli,kürəni seçdi. Okumu atanda mərdü mərdana, Kansızlar arkamda bərəni seçdi. * Bir zaman əkməği yavan yeyənə Arka dayak oldum,yavanlıq oldum. Tikanlar çıranda əl ayağımı Özgə ayaklara dabanlık oldum. * Dünya dolananda hala düzünə Onlar da başıma dolanardılar. Karşımda müntəzir,dimdik dayanıb, Bir kaşık aşıma dolanardılar. * İsmim başda idi satırlarında, Sayğılar,səlaml ar mənim adıma. Çoluğa çocuğa baba olmuşdum, Sağlıklar kəlamlar mənim adıma. * Mənsiz kəsilməzdi qurbanlıq qoçlar, Mənsiz asılmazdı aş qazanları. Cibimin parası,bərəkəti ylə, Hər gün doldurardım boş qazanları... * Gülmüşəm halinə məndən xəbərsiz Dönən təkərimə diş açanlara. İş açıb əlinə əkmək vermişəm, Sonradan başıma iş açanlara. * Harama,halala sınır qoymayan Kaç kişi sayım ki,gərək düz ola. Özgə halalına sahib çikmağa İnsanda,adamda gərək üz ola. * Atlazı,kumaşı,t ülü bəyənmir Əli,ayakları yalın göçənlər. Bakın,erkeklikd ən dəm vurur,Allah, Avrat bucağına gəlin göçənlər. * Heyhat,insanlıq da ölürmüş,demə... Öldü nacinslərin tamahlarında. Öldü saat saat,öldü anbaan, Məndən çaldıqları günahlarında. * ... Bəzən,Tanrıya da kızğın olurum, Bizi yaradanda böylə yaratdı. Tad verib,tuz verib dünya malına, Niçin nəfsimizə kölə yaratdı. * Azmı katleliyor insan insanı, Boğazdan aşağı gödən hatrına. Tanrının verdiyi təmiz ruhunu Satır beş kuruşa bədən hatrına. * Satır altınların parıltısına, Satır sarayların taş duvarına. Rəsmlər çizilir rəngsiz,boyasız Ruhsuz insanlığın boş duvarına. * Satır insanlardan kölə düzəldib, Büyük ağa olsun,büyük han olsun. Düşünmür nəfsindən kurtulub,bari Bir günlük,bir anlıq o insan olsun. * İNSAN...Əşrəfis in ərzin,zamanın, Niçin hak yolunu sən aramadın?! Bir addım yol qalmış ulu Tanrıya... Heyf,başarmadın ,başaramadın. *** qoşa-cift təkər-tekerlek müntəzir-hazır təpəl-saçlarda bir topa beyaz tuy kürən-altın sarı reng bərə-avçıların saklandıkları yer gödən-mide heyf-maalisef * |
Şiirlerinde ayrı bir haz var.
Tadı damakta kalan cinsinden.
Ankaradan selam ve saygılar gönderiyorum.