SEVƏ BİLƏRSƏNMİ BİR ÖZGƏSİNİ????
Silib yaddaşından ötən illəri,
Sevə bilərsənmi bir özgəsini? Hər anı bir əsrə o tən illəri, Sevə bilərsənmi bir özgəsini? Əl-ələ tutaraq hər gün, hər səhər, Çatardıq məktəbə qaçıb bir təhər, Sevgilim, bunlara qoymayıb məhəl, Sevə bilərsənmi bir özgəsini? Doğrudan səninçin bu sevgi ölüb? Doğrudan bu eşqin çırağı sönüb? Bu saf məhəbbəti torpağa gömüb Sevə bilərsənmi bir özgəsini? Hələ də qoxunu duyuram sənin, Hələ qulağımda çınlayır səsin. Qoynundan itməmiş isti nəfəsim Sevə bilərsənmi bir özgəsini? Cavan bir ürəyi viranə qoyub, Onun daşlarını tək-tək uçurub, Yerində buz kimi bir məzar qoyub Sevə bilərsənmi bir özgəsini? Başqa birinə də yaylıq verərsən, Ona da yalandan vədlər verərsən. Xəlvətdə qəlbindən sual edərsən, "Sevə bilərsənmi bir özgəsini"? |