BİÇARE GÖNÜL
***
Düşmüşəm hardan eyninə, Girmişəm fələk oynuna, Salmışam qollar boynuna, Qalmışam avarə,gönül, Ah,yazıq,biçarə gönül. * Su axar gələr nereden, Tökülər arxdan,bərədən, Küsmüşəm yandan yörədən, Barışmam dübarə gönül, Ah,yazıq,biçarə gönül. * Alışdım hədyan sözünə, Yakdılar odsuz közünə, Sarıldım kəfən bezinə, Gömüldüm məzarə,gönül, Ah,yazıq,biçarə gönül. * Yürüdüm,koşdum,yoruldum, Döngələr döndü,buruldum, Sevildim,sevdim,vuruldum, Yetişmədim yarə,gönül, Ah,yazıq,biçarə gönül. *** |
Ustacayadı dizeler severek okudum
Yüreğine kalemine sağlık
Yürek sesin hiç susmasın
Saygılar................