XƏYALDA SƏNLİYƏM, HƏYATDA SƏNSİZ.
YENƏ MƏN, YENƏ SƏN, YENƏ DƏ DƏNİZ,
YENƏ XƏYALLARDA BİRLİKDƏYİK BİZ. GÖZÜMÜN ONÜNDƏ NURLU BİR BƏNİZ, XƏYALDA SƏNLİYƏM,HƏYATDA SƏNSİZ. XƏYALDA SƏNLİYƏM, HƏYATDA SƏNSİZ, SƏNLİ BİR HƏYATI ÇOX GÖRDÜN MƏNƏ. SEVGİNDƏN BİR QIRIQ İKRAM ETMƏDİN MƏN BÜTÜN RUHUMU VERSƏM DƏ SƏNƏ. XƏYALDA SƏNLİYƏM, HƏYATDA SƏNSİZ, SƏNSİZLİK ÖMRÜMƏ SOYUQ BAŞDAŞI. SƏNSİZLİK UÇURUM, DİBİNDƏ MƏNƏM, YÜKLƏNİB ÇİYNİMƏ HƏSRƏTİN DAŞI. ALÇALIB UCALTDIM SƏNİ ZİRVƏYƏ, QUL ETDİN SEVGİNƏ, DAYANDIM SƏSSİZ, SƏNLİ OLMAQ ÜÇÜN, AMMA Kİ, İNDİ XƏYALDA SƏNLİYƏM, HƏYATDA SƏNSİZ. XƏYALDA SƏNLİYƏM, HƏYATDA SƏNSİZ, SƏNSİZƏM BİR ÖMÜR, SƏNSİZƏM,TƏKƏM. BU QƏDDAR DÜNYADA QALDIM KÖMƏKSİZ, MƏHKUMAM BU AĞIR İTKİNİ ÇƏKƏM. |