OL MƏNİM ÖMRÜMÜN SƏADƏT TACI
BİR BAXIŞ, BİR GÜLÜŞ, BİRCƏ TƏBƏSSÜM,
GƏTİRDİ ÖMRÜMƏ SEVGİ, MƏHƏBBƏT. MƏNDƏN ÜZ DÖNDƏRİB GEDƏN XOŞBƏXTLİK YENƏ DƏ ÖMRÜMƏ DÖNDÜ NƏHAYƏT. SİLDİ GÖZLƏRİMİ ƏLİM TƏLAŞLA GÖZÜNDƏ ŞİMŞƏYƏ DÖNDÜ GÜLÜŞLƏR. UÇDU GÖZLƏRİNDƏN, QONDU KÖKSÜMƏ, ÜZÜMDƏM, GÖZÜMDƏN ÖPDÜ GÜLÜŞLƏR. TOQQUŞDU BAXIŞLAR, ALIŞDI ÜRƏK, DİL AÇDI, EŞQİNLƏ DANIŞDI ÜRƏK, DOĞDU HƏR DİLƏKDƏN YENİ BİR DİLƏK, BU KÖNÜL SEVGİNLƏ ÇİÇƏKLƏNƏCƏK. UZANIB İRƏLİ ƏLLƏRİM BOM-BOŞ, NƏ OLAR, BOŞ ƏLMİ DOLDURMAĞA KOŞ. TOXUN NƏVAZİŞLƏ, TUT NƏVAZİŞLƏ, BİR AZCA SEVİNSİN QOY QƏLBİ NAXOŞ. ADIM Kİ BƏLLİDİR: "SEVGİ MÖHTACI", SƏNSİZ BU HƏYATİN HƏR ANI ACI. EY NAZLI ÇİÇƏYİM, DƏRDİM ƏLACI, OL MƏNİM ÖMRÜMÜN SƏADƏT TACI. |