GECELER ÖMRÜME QENİM KESİLİB
***
("bitmeyen geceler" den) * Gecələr ömrümə qənim kəsilib, Çilədi,möhnətdi hər geçən anı. Sinəmdə əl boyda ağrıyan ürək, Masamın üstündə ürək dərmanı. * Zülmət pəncərədən baxır üzümə, Qorxuram,işıqsız qala bilmirəm. Uyku gözlərimdə... Şıltaq kız kimi Çəkib yatağıma sala bilmirəm. * Ağlım dışarıda ümid peşində, Qulağım ayırmır sükutu səsdən. Səma istəmişdim xəyallarımda, İşə bax,qəfəsdə çırpınıram mən. * Nə şərab,nə siqar meylimi çəkmir, Bir az özgə çürəm,özgə sayağam. Səmada parlayır sabah ulduzü, Xoruzlar banlayır... Mənsə oyağam. * Nə vaxtdır açmayır kimsə qapımı. Pözulub içindən,zili çalınmır. Başıma intihar havası düşub, Hər gün sınayıram,yenə alınmır. * Şamın işığı mı pəncərədəki, Alev mi,ulduz mu,heç seçəmmirəm. Sönmək istəməyən şam kimi mən də, Yaşamaq eşqindən vaz geçəmmirəm. * Gecələr ömrumə qənim kəsilib, Çilədi,möhnətdi hər geçən anı. Dörd divar içində qəfəsə salıb, Boşuna harcayır ömür zamanı. *** |
Alev mi,ulduz mu,heç
seçəmmirəm.
Sönmək istəməyən şam kimi mən
də,
Yaşamaq eşqindən vaz
geçəmmirəm.
*
Gecələr ömrumə qənim kəsilib,
Çilədi,möhnətdi hər geçən anı.
Dörd divar içində qəfəsə salıb,
Boşuna harcayır ömür zamanı.
***
Üreğine qelemine sağlık gardaş
çox gözeldi
salamlar