MUĞAM
MUĞAM
Bir segah oxunur, uyub gedirəm, Məni şöbələrdə gəzdirir muğam. Fikirlər, xəyallar çəkib aparır, Ehkamlar içində azdırır muğam. Gah zildən oxuyur, gah bəmə enir, Dərvişə, zahidə, abidə dönür. Sel olub çağlayır, gah da ki, sönür, ... Od olub içimi qızdırır muğam. Ağlaya-ağlaya ağladır məni, Vəhdəti-vücuda bağladır məni, Eşqin zənciriylə dağladır məni, Aşiqi əzaba dözdürür muğam. Ağlayan aşiqin cəfası çoxdur, Tablara dözənin səfası yoxdur, Dağı dağ olanın qayəsi ahdır, Coculuya dastan yazdırır muğam. |
Bir segah oxunur, uyub gedirəm,
Məni şöbələrdə gəzdirir muğam.
Fikirlər, xəyallar çəkib aparır,
Ehkamlar içində azdırır muğam.
Gah zildən oxuyur, gah bəmə enir,
Dərvişə, zahidə, abidə dönür.
Sel olub çağlayır, gah da ki, sönür,
... Od olub içimi qızdırır muğam.
Ağlaya-ağlaya ağladır məni,
Vəhdəti-vücuda bağladır məni,
Eşqin zənciriylə dağladır məni,
Aşiqi əzaba dözdürür muğam.
Ağlayan aşiqin cəfası çoxdur,
Tablara dözənin səfası yoxdur,
Dağı dağ olanın qayəsi ahdır,
Coculuya dastan yazdırır muğam.
Seyraqif Coculu (Seyraqif Coculu)
Şiirinizi kutluyorum.Yunus diyarından selamlar.