ANALARIN ÖLƏN GÜNÜ
***
Yaşamı bir dəyanətdi, Bir dözüm,bir mətanətdi, Hak adına xəyanətdi Anaların ölən günü. * Gök üzünü siyah gördüm, Al şafaksız sabah gördüm, Yaradanda günah gördüm Anaların ölən günü. * Həsrət doğdum,qəm ağladım, İçin için bəm ağladım, Ağlamazdım,həm ağladım Anaların ölən günü. * Yüz naxış xanasız qaldı, Yuvalar sonasız qaldı, Bir bəbək anasız qaldı Anaların ölən günü. * Satırlarda qüssə,kədər, Şair,yazma sözü hədər, Mələklər də küsər gedər Anaların ölən günü. *** |
GÜLESEN SANCAR tarafından 3/10/2013 4:53:57 PM zamanında düzenlenmiştir.