UMUDA DOĞRU
*
(uzaklara giden yol) *** İçimdə boş bir dünya, dışımda qışın bəmbəyaz qarı. Beş addım geridə- xəyallarımın düz ortasında çocukluğumun unutamadığım acıları. Ömrün bu başından o başına uzanan iplərə asılmış sıyah gömləklər kimi... İçi xəz çəkmələrdən ötrü ağlamışdım o gün. O gün yupyumru bir dairə kimi, gözlərimin içində donub qalmış...Hələ... Yoxsulluğun yalın ayaqlarına, umudsuzluğun hıçkırıqlarına, babamın dalğın baxışlarına, iztirablarının ağrılarına ağlamışdım o gün... Okul arkadaşlarım bahalı geyinər, şux gəzərdilər, mənimsə nimdaş paltomun içində cılız bədənim yöndəmsiz görünərdi. Altı kopmuş çəkmələrim su buraxardı. Ayaqlarım gömgöy göyərərdi qışın sərt şaxtasında. Əlac anama qalardı. Yazıq anam... Ovardı donmuş ayaqlarımı sıcaq suyun buxarında. Xəz içlikli çəkmələrin həsrətini mən ayaqlarımda, anamsa içində çəkərdi. Dodaqlarından kopan tanrı şükürlərinə şaşırardım hər zaman. Şükürlük bir şey qalmışmıydı ki... Farklı həyatlar- bir addım sağa fakirlik, bir addım sola zənginlik tanrı mərhəmətini mənasız boşluğa dönüşdürmüşdü çocukluğumun xəyal dünyasında. Hocalarım okulda mənə sevməyi öyrədərdi, həyat isə dışarıda nifrət etməyi... Nifrəti daha tez öyrəndim, çünki hocalarımı sevməzdim, birindən başqa. O adi gözluk taxardı. Qışın qış günündə rezin çəkmələr geyinərdi ayaqlarına, o da nimdaş. Dalğın baxışlarında dumana dönüşmüş həyatı qədər dəyəri qalmamışdı bu çəkmələrin. Ama danışırkən nur yağardı gözlərindən, sözlərində bir sehr, bir tilsim vardı,sanki. Anlamını anlayanlar bilərdi. Həyat bir mələk üzü kimi gözəl görünərdi onun konuşmalarında. Heyhat,okul darvazasından dışarıda o bambaşqaydı... . ...Yollarboyu zümzümə edərdim,bəzən. Mənim zümzümələrimdə bir üsyan vardı dünyanın üzünə, tanrı ədalətinə düşmən kəsilmiş murdar üzünə... Bu yollar böyütdü məni, bir xatirə buraxıb çocukluğumdan. Sevdiyim hocamın sirli baxışlarından, bir də içi xəz çəkməyə möhtac yalın ayaqlarımdan geçib getdi bu yollar. Az çox həyatı sevməyi də, bu sevgi uğruna savaşmağı da bu yollar öyrətdi mənə. Qol saatımın tıklayan əqrəblərində zaman zaman geçib gedirəm bu yollardan. Hər gün... Umuda doğru... *** |
kalemin daim olsun..esen kal