DÜNYA,SAT BİZİ
***
Ağıldan koruqsa,gözdən nə fayda, Qanmayan qanmırsa,sözdən nə fayda, Bunca yıl yaşadıq,bizdən nə fayda, Qocaldıq,qarıdıq,dünya,sat bizi, O yana,bu yana az fırlat bizi. * Gerçəklər uyuşmur masal sözünə, Doğrunu çevirdik yalan üzünə, Yüz dəfə tükürdük hakkın üzünə, Kullandıq,kirləndik,çöpə at bizi, O yana,bu yana az fırlat bizi. * Sanma ki,əbədi taxtın olacaq, Hərlənmək,fırlanmaq baxtın olacaq, Sənin də dağılan vaxtın olacaq, Ölüyük,toprağa,suya qat bizi. O yana,bu yana az fırlat bizi. *** |
***
Ağıldan koruqsa,gözdən nə
fayda,
Qanmayan qanmırsa,sözdən nə
fayda,
Bunca yıl yaşadıq,bizdən nə
fayda,
Qocaldıq,qarıdıq,dünya,sat bizi,
O yana,bu yana az fırlat bizi.
*
Gerçəklər uyuşmur masal sözünə,
Doğrunu çevirdik yalan üzünə,
Yüz dəfə tükürdük hakkın üzünə,
Kullandıq,kirləndik,çöpə at bizi,
O yana,bu yana az fırlat bizi.
*
Sanma ki,əbədi taxtın olacaq,
Hərlənmək,fırlanmaq baxtın
olacaq,
Sənin də dağılan vaxtın olacaq,
Ölüyük,toprağa,suya qat bizi.
O yana,bu yana az fırlat bizi.
***
Çok doğru dizelerdi üstad,
Yüreğini kalemini selamlıyorum
Hakikatle göz ardı edilmiyor
Selam