FELEK ELİNDEN
FƏLƏK ƏLİNDƏN
Niyə, taleyimiz yazılıb belə, Şikayət edirik fələk əlindən. Toruna düşürük pis bəndələrin, Qurtara bilmirik kələk əlindən. Başımız üstündən küləklər belə, Gah ağ yelə dönür, gah qara yelə. Bəlalar gətirir bir böyük elə. Göz açmaq olmayır külək əlindən. Çoxumuz qul olduq, qullar içində, Yol tapa bilmirik yollar içində. Fərmanlar verilir ellər içində, Yalana uyuruq salak əlindən. Qandıra bilirlər, tez qanırıq biz, Nə var ki, danmağa, tez danırıq biz. Bir mələk üzlüyə aldanırıq biz, Zəhər də içirik mələk əlindən. |
Niyə, taleyimiz yazılıb belə,
Şikayət edirik fələk əlindən.
Toruna düşürük pis bəndələrin,
Qurtara bilmirik kələk əlindən.
Başımız üstündən küləklər belə,
Gah ağ yelə dönür, gah qara yelə.
Bəlalar gətirir bir böyük elə.
Göz açmaq olmayır külək əlindən.
Çoxumuz qul olduq, qullar içində,
Yol tapa bilmirik yollar içində.
Fərmanlar verilir ellər içində,
Yalana uyuruq salak əlindən.
Qandıra bilirlər, tez qanırıq biz,
Nə var ki, danmağa, tez danırıq biz.
Bir mələk üzlüyə aldanırıq biz,
Zəhər də içirik mələk əlindən.
Seyraqif Coculu (Seyraqif Coculu)
Anlamlı ve güzeldi şiiriniz Azerbaycanlı kardeşimi kutluyorum.Yunus diyarından selamlar.