Şairler Cergesi Pozulur Şimdi
ŞAİRLƏR CƏRGƏSİ POZULUR İNDİ
“ Şairlər cərgəsi səf- səf düzülsün.” Səməd Vurğun Ustadlar ustadı ey böyük insan, Şairlər cərgəsi pozulur indi. Yaltaqlar cərgədə çəkilir başa, Yalanlar doğruya, yozulur indi. Dünənkilər, bu günkünü bəyənmir. Özləri də həqiqəti deyənmir, Bu günkülər idrakdan don geyənmir, Tamam başqa cərgə, düzülür indi. Dərvişin geydiyi donu dəyişir, Həyata baxışın yönü dəyişir, Şairin, şeirin geni dəyişir, Nə qədər böhtanlar, yazılır indi. Çox şairlər qınaq olur meydanda, Aralıqda gəzir hərdən şeytanda, Dövran, zaman tərsə düşüb qaydanda, Söz deyən çərx altda, əzilir indi. |
ŞAİRLƏR CƏRGƏSİ POZULUR İNDİ
“ Şairlər cərgəsi səf- səf düzülsün.”
Səməd Vurğun
Ustadlar ustadı ey böyük insan,
Şairlər cərgəsi pozulur indi.
Yaltaqlar cərgədə çəkilir başa,
Yalanlar doğruya, yozulur indi.
Dünənkilər, bu günkünü bəyənmir.
Özləri də həqiqəti deyənmir,
Bu günkülər idrakdan don geyənmir,
Tamam başqa cərgə, düzülür indi.
Dərvişin geydiyi donu dəyişir,
Həyata baxışın yönü dəyişir,
Şairin, şeirin geni dəyişir,
Nə qədər böhtanlar, yazılır indi.
Çox şairlər qınaq olur meydanda,
Aralıqda gəzir hərdən şeytanda,
Dövran, zaman tərsə düşüb qaydanda,
Söz deyən çərx altda, əzilir indi.
Çok güzeldi usta kalem severek haz alarak okudum.......
Yüreğine kalemine sağlık,
Yürek sesin hiç susmasın........ Saygılar