NƏDİR VƏTƏN
*****
Öncə toprakdı Vətən. . Dədəni gömdüyün, düşməni yendiyin, alın qoyub səcdəsinə endiyin toprakdı Vətən. . Yollarında koşduğun, dağlarını aşdığın, ayağına düşdüyün toprakdı Vətən. . Yerin üstü sənindirsə, yerin təki sənindirsə, Təbriz,Bakı sənindirsə, Vətən odur, odur Vətən! . İçimdə bir səs inlədi, söz oldu satır satır, misra misra: . Təbrizdən gəldim Xalxala, Gözüm yolda qala qala, Böylə günə,böylə hala, Yaman ağlamağım gəlir. * Hər dərman dərdə çaramı, Boş ver,bağlama yaramı, Sellər apardı Saramı, Kaman,ağlamağım gəlir. * Dünya bütöv,Vətən yarı, Ömür vəfa etsə,barı, Yol ver keçim bu dağları, Duman,ağlamağım gəlir. * Üzük tanınar qaşıynan, Ər oğullar savaşıynan, Gözümü yumdum yaşıynan, Güman, ağlamağım gəlir. * Quru çinaram,öyməyin, Qopar budağım,əyməyin, Dəyməyin mənə,dəyməyin, Yaman ağlamağım gəlir. *** |
"Hər dərman dərdə çaramı," gibi yerlerde "mı" soru eklerini ayrı yazarsak iyi olur. Azericede nasıl denir, emin değilim ama;
"Çaramı bulamadım" derken," benim çaramı" diyoruz, "Bunlar da bu derde çara mı?" derken soruyoruz. Gerçi anlaşılıyor; fakat yine de "mı, mi" soru eklerini ayrı yazmakta fayda var.
Şiir örnek bir şiir olmuş. Vatan sevgisi ancak bu kadar güzel anlatılabilirdi. Allah kimseyi vatansız koymasın. Selamlar, saygılar.