2
Yorum
3
Beğeni
5,0
Puan
966
Okunma
Nasıl geçdi bu günlerim,bilmirəm,
Bahar idi,bir də gördum qış oldu.
Ümid nuru gözlərimdə bir işıq,
Hatıralar damla damla yaş oldu.
Ah,manasız neçə yılı aşırdım,
Haksız muzdsuz kürəyimdə
daşırdım,
Hardan gəldi,hara getdi?-şaşırdım,
Altın ömrum dəmir oldu,daş oldu.
Çakmak çəkdim,pozuk
çixdı,yanmadı,
Dost dediyim yada salıb anmadı,
Dil nə dedi,nə söylədi,qanmadı,
Zülüm zülüm ağrı çəkən baş oldu.
Nə sevdalar gəlib geçir başımdan,
"Sev"diyorlar,utanıram yaşımdan,
Nişan aldım ürəyinin başından,
Vuramadım,ayağına tuş oldu.
Yorulmuşam,usanmışam,ah
nədən,
Yaprağını xəzan vurmuş dalam
mən,
Bir görərsiz,cansız qalan bu
bədən,
Havalandı,səmalarda quş oldu.
neçə yılı aşırdım-kaç yılları
geçirdim
haksız muzdsuz-bedava
kürəyimdə daşırdım-sırtımda
taşırdım
dəmir-demir
qanmaq-anlamak
bədən-ten
xəzan-hazan
havalanmaq-göklere uçmak
5.0
100% (2)