0
Yorum
2
Beğeni
5,0
Puan
1146
Okunma
Bizden göçən telli durna,
Qalandan xəbirin varmı.
Kimlər ayrı saldı səni
Balandan,xəbərin varmı.
Hər bucağa qonma belə,
Zalim ovçu qurmuş tələ,
Oxlanarsan,uçma hələ,
O yandan xəbərin varmı.
Mənim də məkanım yoxdu,
Dağılıb,tikənim yoxdu,
Dərdimi çəkənim yoxdu,
Bu candan xəbərin varmı.
Xəyallar yollanır hara,
Dualar heç gəlməz kara,
Bəxt bizi qoymuş qumara
Haçandan, xəbərin varmı.
Bəklə məni,qoşa uçaq,
Əl tutuşaq,gönül açaq,
Baş götürək burdan qaçaq,
Bağrım qan,xəbərin varmı.
Dağlar qardı,aşaq geçək,
Yollar dardı,qoşaq geçək,
Qıy vuraq,savaşaq geçək,
Dumandan xəbərin varmı.
Uçaq,durna,qardaş olaq,
Buludlara yoldaş olaq,
Qayıtmasaq qoy daş olaq,
Bir zaman,xəbərin varmı.
*
bala-evlad
bəxt-kader
qıy vurmaq-bağirmak,
qan-kan
xəbər-haber
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.