SENİ GÖRENDE
*****
Çiçəyi çirtlayan ağaclar kimi, Çıçəyim çırtlayır səni görəndə. Niyə yan gəzirsən,yan dolanırsan, Saçımda beş-altı dəni görəndə. * Mən ki,məhəbbətin dərsin keçmişəm, Fırladıb avandın,tərsin biçmişəm. Gözümə aldanıb səni seçmişəm, Durub naz edirsən məni görəndə. * Yüz kərə qovsan da gedən deyiləm, Sənsiz can deyiləm,bədən deyiləm. Hər umu-küsünü güdən deyiləm, Susuram gözündə kini görəndə. * İstəsən,saz çalıb aşıq olaram, İstəsən,ölüncə aşiq olaram, Vallah,gün olaram,işıq olaram, Yolunda dumanı,çəni görəndə. *** |
Şiir türkü sözü olmaya gayet uygun. Kafama göre bir besteyle mırıldandım. Dört dörtlük türkü çıkıyor. Başarılı çalışmalarınızın devamını diliyorum ve balkona sigara içmeye gidiyorum.