ŞAİRƏ XİTAB
*****
(qısaldılmış) ...Nə var hökmdarı vəsf eləməyə, Nökəri vəsf elə hünərin varsa. Qolun qandallanar,dil in kəsilər, Sətirdən bir vergül əskik olarsa. * Böhtan,yalan yazıb hər sətirində Alimi zindana göndərənlər var. Əyrini düz yazıb hökmdarları Həqiqət yolundan döndərənlər var. * Sür-sümuk umanlar,məqsəd güdənlər, Quyruq bulayırlar,torb a tikirlər. Bircə quruşu da itməsin deyə, Sözü tərəziyə qoyub çəkirlər. * ... Saxta təbəssümə baxın üzündə, Durub ağasının önündə müdam, Saxta sədaqəti,etibar ıyla Milləti güdaza verir bu adam. * Deyir tərifləri ilhamla,şövqlə, Elə bil,mirvari düzür o sapa. Qanqalı gül kimi tərif eləyir, Bəlkə,mənsəb ala,vəzifə tapa. * Divdən,təpəgözd ən adam düzəldir, Qarını sırıyır qız əvəzinə. Təpəyə dağ deyir,kolluğa meşə, Qışı tərifləyir yaz əvəzinə. * ... Paslı mismarı sən çürük taxtaya Yeridə bilərsən,çala bilərsən. Arxana güvənib qalxdığın yerdə Bir müddət beləcə qala bilərsən. * Aslanı aldadıb tülkü ətini, Qaban əvəzinə pay apararsan. Dediyin tərifə umduğun kəsdən Para qopararsan,pay qopararsan. * Bəs sonra.Bəs sonra.Bəlkə bir zaman Vicdanın oyandı durdu üzünə. Yazdığın təriflər vərəqdən çıxıb İti xəncər kimi batdı gözünə... * Aman,qoca şair,qiymətini bil, Sözü ucuz bilib çölə tullama. Saraylar,qəsrlə r səninçin deyil. Bir qələm,bir dəftər,bir kasıb koma- Əsl şair üçün həyat bax budur. Bir parça çörəklə bircə bardaq su, Görər aclığını,susuzl uğunu. Yetər var arzusu,şöhrət arzusu. Apar insanları üfürə sarı, Orda günəş batmır, orda işıq var. Apar insanları işığa sarı, Qurtar əsarətdən,zülmd ən qurtar!!! *** |
Sözü ucuz bilib çölə tullama.
Saraylar,qəsrlə r səninçin deyil.
Bir qələm,bir dəftər,bir kasıb
koma-
Əsl şair üçün həyat bax budur.
Bir parça çörəklə bircə bardaq su,
Görər aclığını,susuzl uğunu.
Yetər var arzusu,şöhrət arzusu.
Apar insanları üfürə sarı,
Orda günəş batmır, orda işıq var.
Apar insanları işığa sarı,
Qurtar əsarətdən,zülmd ən
qurtar!!!
Yüreğine kalemine sağlık hocam.......
Çok şık tı şiir severek okudum............
Yüreğine sağlık....Selam