2
Yorum
2
Beğeni
5,0
Puan
784
Okunma
Qoyun əti,mal əti,
Göyə qalxıb qiyməti,
Tanrının məhəbbəti
Bir qurbanlıq qoyunmuş?
Kim deyir bu oyunmuş?!
Ruhlar,gönüllər susub,
Mədələr bayram edir,
Fikrim hayana gedir.
Sokağın ortasında
Dörd əl çarpaz sıxışıb
Sövdələşir nagüman.
Çoxdan çöpə atılmış,
Sokak kutularında
İnildəyir din,iman.
Bayramın bu gecəsi
Gör yazığın neçəsi
Sabahı diri açıb.
Ücrəti,qazancı yox,
Pulu yox,parası yox,
Gözündən yuxu qaçıb.
Kəbəyə sarı koşan
İzdihama baxın bir.
İçi kömürdən qara,
Libası bəmbəyazlar,
Qaçanlar,dazıyanlar,
Kəbənin divarını
Altından qazıyanlar
Axışır axın-axın,
Baxın,siz yaxşı baxın.
Məkkənin yolu açıq,
Tanrının əli açıq.
Qalanlar qolu bağlı,
Gedənlər yolu açıq.
.
Paralar səpələnir,
Altınlar küpələnir.
Kədər yağır içimə,
İçimdə təpələnər.
Bir ana var balalı,
Yoldaşını kəsirlər.
Bir kuzu var analı,
Qardaşını kəsirlər.
Kimi qana susamış,
Kimisi ətə möhtac.
İş özgədi bu səfər.
Dünən yediyin ətin
Bu gün yediyin ətdən
Fərqi yoxsa,nə xəbər...
Tanrı baxır kədərlə
İnsanların üzünə.
Bilsəydi dəyişməzdi
O xınalı koçunu
İnsanların yüzünə.
Bir dəniz qan bu gecə
Hopur yerin təkinə.
Tanrı minir atını
Alır məni tərkinə.
Baş götürüb gedirik
İnsanların əlindən.
Dünya fırlanır hələ,
Fırlanır eləbelə.
Fırlanır bağrında qan,
Boynunda asi insan.
5.0
100% (2)