SIXIN KURŞUNLARI YAZILARIMA
*****
Mən hələ bitməmiş eşqi yazıram, Vüsala yetməmiş eşqi yazıram, Özünü satmamış eşqi yazıram. . Bir Məcnun can verir canımda mənim. O eşq qaynamasa qanımda mənim, Sıxın kurşunları yazılarıma. * İnsanlık dünyanı abad istəyir, Hakkını savunan evlad istəyir, Ədalət şeirimdən imdad istəyir. . Hər sətr,hər misra bir süngü kimi. Əgər susuramsa bugünkü kimi, Sıxın kurşunları yazılarıma. * Doğudan Batıya əsib gedirəm, Sərhəd xətlərini kəsib gedirəm, Mən özüm özümdən küsüb gedirəm. . Bu dünya,bu ömür de,nəyə dəyər?! Hakkı tapammasam,qayıtsam əgər, Sıxın kurşunları yazılarıma. ... * |