1
Yorum
0
Beğeni
5,0
Puan
962
Okunma
İlahi,sən məni çətinə salıb,
Dostun qapısına pula göndərmə.
Əsil kişilərin qulu olaram,
Nakişi yanında qula döndərmə.
Ağrılı gecəmi səhərə döndər,
Qulam əməyimi bəhərə döndər,
Dostun ağızında zəhərə döndər,
Düşmən ağızında bala döndərmə.
Sözümə qüvvət ver,silahım olsa,
Qoluma qüvvət ver,külahim olsa,
Qiyamət günündə günahım olsa,
Cənnət qapısından dala
döndərmə.
Hikmət dəryasında üzən
qəvvasam,
Zəmzəmlə doludu mənim mey
kasam.
Alimin getdiyi yolu tutmasam,
Cahilin getdiyi yola dondərmə.
Vahidəm,şükrünə aludəyəm mən,
Təkcə,cansağlığı umuram səndən.
Neynəyim,saçıma vaxtsız saldın
dən,
Yazığam, özgə bir hala döndərmə.
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.