VİRANƏ GÖNLÜM
*******
Bal arısı gülçiçəkdən ruzisini ala bilir, Bir dərya ki,çeşmələrdən damladamla dola bilir, Üç sim coşub bir taxtada pərdəpərdə çala bilir, . Bəs sən niyə yazıq gönlüm,viranəsən, dinməyirsən, Məcnun kimi eşq əlindən divanəsən,dinməyirsən. * Yollar uzaq,ayaq tutmur yetsin bir dəm vüsalına, Gecə-gündüz can-can deyir dilim sənin xəyalına, Pir qalmadı qurban desin aşiq dərdinə,halına, . Ətrin gəlir şəfa kimi meh əsdikcə hərdən-hərdən, Yellər dönür,yollar dönür tək sən geri dönməyirsən. * Üz tutmuşam dərgahına haqqın,təkcə səni versin, Nə can versin bu canıma,nə imanı,dini versin, Savabına cənnətindən Həvva yeyən dəni versin, . Zahid olum,abid olum hücrəndə mən,pirində mən, Leyla da mən,Məcnun da mən,Fərhad da mən,Şirin də mən. *** |