MƏNİ ŞAİR EDƏN KƏDƏRİM OLDU
***
Bir de,kim itirmiş,de kim tapacaq, Bütün ömrüm boyu mən itirəni. Vaxtsız ölüm belə qorxutmur,ancaq Həyatı itirmək qorxudur məni. * Hələ düzəlməmiş nə qədər səhvim, Ömür kitabımda neçə sual var. Hələ dillənməmiş bəmdə sarı sim, Hələ məhəbbət var,hələ vüsal var. * Hələ tapmamışam sirli adamı, Hara baxıramsa ümman görürəm. Dağlardan qayıdan əks- sədamı Düzlərdə əriyib susan görürəm. * Dünya varlığımı bilməyib hələ, Hələ axtarıram özüm özümü. O qız görüşümə gəlməyib hələ, Hələ yığmamışam yoldan gözümü. * Demirəm dünyaya şair doğuldum, Məni şair edən kədərim oldu. Bu gün həqiqətəm,dünən nağıldım, Əlimdə qələmim kəsərim oldu. * Hələ yazmamışam gördüklərimi, Bir dünya sevincim,bir dünya qəmim. Hər məni axtaran tapmaz yerimi, Sirli bir aləmdi mənim aləmim. *** Ümman-deniz Nağıl -masal Əks-səda-yankı Özüm özümü-kendikendimi Kəsər-bıçak |