ESKİ MEKTUBLAR
*******
İllər öncə məktublar yazardıq, hər sətrində bir gönül çırpıntısı, bir qəlb atışı. Hər kəsi sorardıq bitdə-bitdə- dostlardan tutmuş konşulara qədər. Sımsıcak havaları, səpsərin yağmurları, hətta dəli ruzgarları belə sığdırardıq sətrlərimizə. Bir dünya daşıyardı məktublar elədən beləyə. Səngiməyən bir həyatı paylaşardı qərib gözlər. Rəsmlər də cızardıq son sətrlərin yerinə, ya da bir şey qoyardıq arasına qatlanmış varaqların... * Eşq məktubları yazardıq, heç sevməsək belə, hər sözün,hər kəlmənin içində sevdalar danışardı dilsiz,ağızsız. Kiçiklər daşıyardı məktubları ünvanına. Mən on qəpik vərərdim qonşu uşağına, bir kimsəyə söyləməsin deyə... * Əski günlərdən qalmış bir neçə məktublar var köhnə bavulumun bir bucağında- bir az saralmış, bir az qoxumuş. Mən on beş yaşımın qoxusunu bu məktublardan alıram. Bir kimsə olmayanda açıram və baxıram, sadəcə baxıram... Qorxuram oxumağa. Erkekler ağlamaz- deyirlər ya... * Bəzən,xatirələr məni kövrəldəndə, yenə məktublar yazmar geçir gönlümdən. Sinif arkadaşlarıma, tələbəlik dostlarıma, on beş yaşımda qalan gəncliyimə, bir də,bir də əsgər həyatımdan anama yazmaq istəyirəm... *** |
bir neçə
məktublar var
köhnə bavulumun
bir bucağında-
bir az saralmış,
bir az qoxumuş.
Mən on beş yaşımın
qoxusunu
bu məktublardan
alıram.
Bir kimsə olmayanda
açıram və baxıram,
sadəcə baxıram...
Qorxuram oxumağa.
Erkekler ağlamaz-
deyirlər ya...
......Duygusu anlamı ve usta anlatımı ile mükemmel bir şiir
okudum gönül sayfanızda.
......Kutluyor ve saygılarımla selamlıyorum.