DOSTLAR MƏNDƏN İNCİMƏSİN
*******
Biri bir söz desə,desəm, Əğər sözü kəsə desəm, Artıq-əskik nəsə desəm Dostlar məndən inciməsin. * Nə tez keçir bu cavanlıq, Başımı alır dumanlıq, Xatam varsa bir yamanlıq, Dostlar məndən inciməsin. * Şahsam,qızıl taxtım yoxsa, Vardan quru baxtım yoxsa, Görüşməyə vaxtım yoxsa, Dostlar məndən inciməsin. * Hər dimağı çəkməz meyil, Gəzər ağlım veyil-veyil, Daha yazmaq mənlik deyil, Dostlar məndən inciməsin. * Kimlər nəyin marağında, Gönlüm haqqın sorağında, Ölsəm ömrün bu çağında, Dostlar məndən inciməsin. *** |
dostlar benden incimesin..hoş seda bir gönlün çağlayışı vardı ..gönülden gönüle selamlar...