Məcnuna dönübdü bu gün ElbəyiMəcnuna dönübdü bu gün Elbəyi Şehində islandım bu səhər yenə, Doya bilmədim ki, yanaqlarından. Yeddinci qatında süzürəm göyün, Kefliyəm, sərxoşam bulaqlarından. İsitdim çeşməni ilıq nəfəslə, Dərdim güllərini min bir həvəslə. Ən gözəl havamı həzin bir səslə Yamanca çıxartdım sınaqlarından. Nə yeri seçəmmir gözüm, nə göyü, Məcnuna dönübdü bu gün Elbəyi, Səni qətrə-qətrə mən ömürboyu, Könlümə çəkəcəm dodaqlarından. Elbəyi Cəlaloğlu |
Şehində islandım bu səhər yenə,
Doya bilmədim ki, yanaqlarından.
Yeddinci qatında süzürəm göyün,
Kefliyəm, sərxoşam bulaqlarından.
İsitdim çeşməni ilıq nəfəslə,
Dərdim güllərini min bir həvəslə.
Ən gözəl havamı həzin bir səslə
Yamanca çıxartdım sınaqlarından.
Nə yeri seçəmmir gözüm, nə göyü,
Məcnuna dönübdü bu gün Elbəyi,
Səni qətrə-qətrə mən ömürboyu,
Könlümə çəkəcəm dodaqlarından.
Elbəyi Cəlaloğlu
Saygıdeğer üstadım, yüreğinize sağlık
güzel bir şiir, daim saygımla.....