Mənə yaşamağa haqqı kim verib?Mənə yaşamağa haqqı kim verib? Gedəmmədim babaların yoluyula, Mənə yaşamağa haqqı kim verib? Cismimi dərd döydü qarla, doluyla, Mənə yaşamağa haqqı kim verib? Bir fərsiz, tullanqı, kor cəhəlmişəm, Mən ki başdan başa lap əfəlmişəm. Torpaqları verə-verə gəlmişəm, Mənə yaşamağa haqqı kim verib? Danışmadım öz atamın dilində, Biləmmədim qiymətini elin də, Aciz qaldım dığaların əlində, Mənə yaşamağa haqqı kim verib? Canına qor dolub qaşınan mənəm, Günahdan yük tutub daşınan mənəm. Xəcalətdən yer yarılmır gizlənəm, Mənə yaşamağa haqqı kim verib? Zamanı saxlama, vaxtı əyləmə, Ölmək də şərəf döy, ölüb eyləmə. Oyan aslan kimi, bir də söyləmə – Mənə yaşamağa haqqı kim verib? Elbəyi Cəlaloğlu Dostların dedikleri: Kendi dilimnensen sene ne diyem Torpağım dağılmış mende bilirem Güney Azerbaycan vetenim derem Mene yaşam hakkı ecep kim verip ?.......Kadir haktan TÜRKELİ |
Yürekten Kutlarim dost sair'im ...
Gonul sayfanızda harika bır siir okudum .. Artık siir'lerinizi bende çözebiliyorum ..
Dönüp dönüp okudum....
COK anlamlı bır siir'di...
İmgesel temelli duygu ve dusuncenin girişim yaptigi ,,,
Vurgulu ses cikislari ,, lirik betimlemelerle islenmis harika bır siir'di ...
Tebrik ederim sair'im ...
Sevgilerimleb... JANET ...