Bir ünvanın, bir yuvan varBir ünvanın, bir yuvan var Ayaqlarım gəzir səni addım-addım, Ələrimlə arayıram qarış-qarış. Gözlərimdə bir boşluğa, heçə dönür Sıldırım yal, uçqun yarğan, kəsə eniş. Demə sənin durduğun yer, gəzdiyin yer Bu həyatda yaşamağa gərəyimdir. Sənin bircə ünvanın var, bir yuvan var, O da mənim sevgi dolu ürəyimdir. Elbəyi Cəlaloğlu |