MƏN DƏLİ-ZAD DEYİLƏM!MƏN DƏLİ-ZAD DEYİLƏM! Çıxın mənim yolumdan, Cəbhəyə gedirəm mən. Tez keçin sağ-solumdan, Kəbəyə gedirəm mən. Bir fırtına başlayıb, Bir vulkan püskürür Gözlərimin önündə. Kimlər girib Pənah xan, İbrahim xan yurduna Elə bayquş donunda. Getməliyəm, getməsəm, Qudurar yaramazlar, Torpağımı almasam, Bax, bugünkü körpələr Məni bağışlamazlar. Gözlərini ovacam, Torpağa baxan yerdə. Əllərini kəsəcəm, Bayrağı taxan yerdə. Çıxın mənim yolumdan Nə atəşkəs, nə filan, Namusum tapdalanıb, Bu ki, deyildir yalan! Ağladıb neçə ana, Sızladıb neçə bala, Bu milləti, bu xalqı, Salıbdı gör nə hala?! Daha tablaya bilməz Polad zəncir qolumda. Daha dayanan deyil Qaya olsa yolumda. Gedirəm Qarabağa, Çıx yolumdan, ay qağa, Gücü çatar?! Eybi yox, Qoy dağlasınlar məni Lap Şuşanın özündə. Qoy oxlasınlar məni, Heç olmasa, bilərəm, Can verdim bu torpağa. Qoç igidlər gəlincə, Qan verdim bu torpağa. Gülər dağı, dərəsi, Eşidilər nərəsi, Deyər, - halalın olsun, Dərdiyin o gül-çiçək, İçdiyin büllur sular, Yediyin o duz-çörək. Çıxın mənim yolumdan! Getməliyəm. Gedirəm, Mən dəli-zad deyiləm Bilirəm nə edirəm. Elbəyi Cəlaloğlu |
teşekkürler...