Etiraz eyləyir bizə təbiətEtiraz eyləyir bizə təbiət Çoxalıb dünyanın azar-bezarı, Daha görünməyir dəmlər içində. İnsana bir loxma yem olub cahan, Qarınlar da qalıb kəmlər içində. Allahı axtardı insan əməllə, Fikirlə, baxışla, ayaqla, əllə. Yol açdı göylərə o, pillə-pillə, Günəş də sızladı bəmlər içində. Ağıl böyüdükcə kiçildi dünya, Allahı haxlamaq asanmış guya. Qəlbə hökm edəndə bu cəfəng xülya, Çırpındı, çaxnadı qəmlər içində. Etiraz eyləyir bizə təbiət, Hər gün qarşı gəlir min cür fəlakət. Allah ucuzlaşar, ey bəşəriyyət, Bu cırlar, nadanlar, xamlar içində. Getməyin bu yolu qayıdın geri, Qoy, laməkan qalsın Allahın yeri. Sınar kainatın qanadı, pəri, Batarıq biryolluq qumlar içində. Elbəyi Cəlaloğlu |