YENİ İLYENİ İL Sevinin, a dostlar, sevinin bu gün Yenə də bir yeni illə görüşdük. Qəmi unutduran, kədəri danan Neçə şirin-şirin dillə görüşdük. Yenə də bir vərəq doldu ömürdən, Bir qamçı da dəydi göy atımıza. Bir çəngə gül-çiçək yoldu ömürdən, Şənlik gətirənlər ovqatımıza. Ürək odlandıqca gözlər yaş süzər, Yaşlardır söndürən ürəkdə odu. Olsa da həyatın sonucu kədər, Sevincdə, gülüşdə, dəmdədir dadı. Uşaq cavanlaşır, qocalır cavan, Yaş üstə yaş gəlir, hər yeni ildə. Qalacaq yenə də sirli, sehirli Hər solan çiçək də, açılan gül də. Sevinin, a dostlar, sevinin, bu gün Sevinclər bəzəsin anlarınızı. Gəlsin xoş xəbərlər hey dəstə-dəstə, Müjdələr oxşasın günlərinizi. Elbəyi Cəlaloğlu |
keyif veriyor yazdıklarınız
ömrümüzden her gün bir yaprak eksiliyor
ama güzel dostlarla güzel geçiyor
selamlar sevgiler