Allahu-əkbərAllahu-əkbər 1914-cü ilin dekabrında Rus işğalı zamanı Sarıqamışda 78 min Türk şəhidini qoynuna almış Allahu-əkbər dağına Osmanlı dövrünün son illərində, Düşməndən gəldi şər, Allahu-əkbər! Yazdı al qanıyla türk aslanları, Zirvəndə şah əsər, Allahu-əkbər! Komutan görməyib tığla qarını, Qış vaxtı dağların buz hasarını, Onunçün vermədi düz qərarını. Bu oldu bir məhşər, Allahu-əkbər! Mehmetlər baharın əlbisəsilə, Üstündə lap cüzi azuqəsilə, Qışda vətən, torpaq əndişəsilə, Cumdu doxsan min ər, Allahu-əkbər. Haqq Sarıqamışa varid olanda, Türk yenilməzliyə şahid olanda, Yetmiş səkkiz mini şəhid olanda, Ağladınmı zar-zar, Allahu-əkbər? Bütöv türk elini - Qafqaz, Türküstan, Sandı Ənvər paşa bir can, bir bədən. Müqəddəs imdada yetmədi nədən, Bu da ilahi sirr, Allahu-əkbər. Yoxsa sultanınmı vardı nöqsanı, Kimsə gizlətməzdi yüz il bu anı? Üstünə tökülmüş şəhidlər qanı, Sənə sonsuz ömür, Allahu-əkbər! Qar-boran yolları bağlayır qışda, Sızılayır qayalar, ağlayır daş da. Ağıllar bir daha çaşmasın başda, Budur böyük zəfər, Allahu-əkbər! Səni qoruyacaq, sərin ol, sərin, Böyük bir ordusu buz heykəllərin. Elbəyi adında qalıb bir ərin, Qoynunda saxla yer, Allahu-əkbər! 02.02.2013 Elbəyi Cəlaloğlu |
Allahu-əkbər
1914-cü ilin dekabrında Rus işğalı zamanı Sarıqamışda 78 min Türk şəhidini qoynuna almış Allahu-əkbər dağına
Osmanlı dövrünün son illərində,
Düşməndən gəldi şər, Allahu-əkbər!
Yazdı al qanıyla türk aslanları,
Zirvəndə şah əsər, Allahu-əkbər!
Komutan görməyib tığla qarını,
Qış vaxtı dağların buz hasarını,
Onunçün vermədi düz qərarını.
Bu oldu bir məhşər, Allahu-əkbər!
Mehmetlər baharın əlbisəsilə,
Üstündə lap cüzi azuqəsilə,
Qışda vətən, torpaq əndişəsilə,
Cumdu doxsan min ər, Allahu-əkbər.
Haqq Sarıqamışa varid olanda,
Türk yenilməzliyə şahid olanda,
Yetmiş səkkiz mini şəhid olanda,
Ağladınmı zar-zar, Allahu-əkbər?
Bütöv türk elini - Qafqaz, Türküstan,
Sandı Ənvər paşa bir can, bir bədən.
Müqəddəs imdada yetmədi nədən,
Bu da ilahi sirr, Allahu-əkbər.
Yoxsa sultanınmı vardı nöqsanı,
Kimsə gizlətməzdi yüz il bu anı?
Üstünə tökülmüş şəhidlər qanı,
Sənə sonsuz ömür, Allahu-əkbər!
Qar-boran yolları bağlayır qışda,
Sızılayır qayalar, ağlayır daş da.
Ağıllar bir daha çaşmasın başda,
Budur böyük zəfər, Allahu-əkbər!
Səni qoruyacaq, sərin ol, sərin,
Böyük bir ordusu buz heykəllərin.
Elbəyi adında qalıb bir ərin,
Qoynunda saxla yer, Allahu-əkbər!
02.02.2013
Elbəyi Cəlaloğlu
Bütün şehitlerimize Allah rahmet eylesin şiiriniz çok güzeldi değerli kardeşim gönülden kutluyorum sizi.Puanım tam.Yunus diyarından selamlar.