BilmirəmBilmirəm Beynimdəsən, gülüm, yenə, Çıxardıb ata bilmirəm. Tapsamda min cür bəhanə, Başımı qata bilmirəm. Nədən bitmir bu hicranım, İt qanına dönüb qanım, Gündüzlər sıxılır canım, Gecələr yata bilmirəm. Elbəyinin eşqi bəlli, Görənlər dedilər, - dəli. Bu sevginin varmı həlli, Heç cürə tuta, bilmirəm. 09.10.2012 Elbəyi Cəlaloğlu |
Bilmirəm
Bilmirəm
Beynimdəsən, gülüm, yenə,
Çıxardıb ata bilmirəm.
Tapsamda min cür bəhanə,
Başımı qata bilmirəm.
Nədən bitmir bu hicranım,
İt qanına dönüb qanım,
Gündüzlər sıxılır canım,
Gecələr yata bilmirəm.
Elbəyinin eşqi bəlli,
Görənlər dedilər, - dəli.
Bu sevginin varmı həlli,
Heç cürə tuta, bilmirəm.
09.10.2012
Elbəyi Cəlaloğlu
Saygıdeğer üstadım yüreğinize sağlık
güzel bir şiir daim saygılarımla......