Səndən ötrü ölürəmmiş, sən deməSəndən ötrü ölürəmmiş, sən demə Nə qədər ki yanımdaydın, sevgilim, Deyirdim ki, ötəri bir həvəsdir. Hicrət etdin gözlərimdən qəflətən, Anladım ki sənsiz ömrüm əbəsdir. Görən deyir, – bu nə haldı düşmüsən, - Gündən-günə solurammış, sən demə. Ətəyindən tök daşları, qayıt gəl, Səndən ötrü ölürəmmiş, sən demə. At çapırsan qəm çölündə könlümün, Üzəngiylə döyəcləyib qarnına. Gəl barışaq, yəhər üstdən sən əyil, Mən də qalxım ayağımın burnuna. 28.02.2013 Elbəyi Cəlaloğlu |
Yürek sesin hep çağlasın üstad,
''Ne qederki yanımdaydın sevgilim
Deyirdim ki, öteri bir hevesti.''.......
Çok harikaydı hocam
Yüreğin kalemin daim olsun.......
Saygılar...............................