Fədakarın çoxalıbdı deyəsənFədakarın çoxalıbdı deyəsən Vəsf edərdim, tellərini darardım, Əmib ballı dodağını sorardım. Fəqət səni eşqim ilə yorardım, Aylı gecə, günəşli gün bilmədən. Vədə verib mən görüşə gəlincə, Əsrar dolu üzün xəffif gülüncə, Fərəhindən əsərdi diz, bel incə, Ayrı inam, qeyri iman bilmədən. Vəfalıydın eşqimizə guya sən, Əminmiydin Elbəyini duyasan? Fədakarın çoxalıbdı deyəsən, Ayrı düşdün yaxşı-yaman bilmədən. Elbəyi Cəlaloğlu |
Esen kalınız...