ÜZDÜ BU AYRILIQÜZDÜ BU AYRILIQ Üzdü bu ayrılıq lap ürəyimi, Gözlərim yol çəkir hər gün izində. Bütün varlığımı acgöz şah kimi, Sürüyə-sürüyə getdin özündə. Gəlmədin imana, baxmadın dinə, Qaladın odlara, nə qaldı sənə? Çəkdiyin dağları çəksəm sinənə, Dünya bir dəhşətə dönər gözündə. Gəl kəsək xiffətin hərarətini, Gəl yıxaq hicranın xilafətini. Gəl duyum ətrini, təravətini, Axtarım çiçəyi, gülü üzündə. Günəşi salmayaq ayrı cahanla, Nəğməni dodaqla, ürəyi canla. Belə yaşamaqdan, bu həyəcanla, Yandır Elbəyini, yandır közündə. Elbəyi Cəlaloğlu |
ilham kaynagıdır
hayattır
şiiriniz çok güzeldi şair
sevgilerimle