1
Yorum
0
Beğeni
5,0
Puan
972
Okunma
ETİRAF
Mən becərib göyərtdim çovğuna gərib sinə
Sən ipəyə çevirdin yamyaşıl yarpaqları.
Daşı daş üstə qoyub tikdiyim imarətdə
Sən çıraqban eylədin qaranlıq otaqları.
Mən bir dünya yaratdım, ulduzla, ayla dolu
Sən parlayıb səmada, enerji verdin mənə.
Açmısan Haqqa doğru Məkkə Yolu, Süd yolu,
Düzdüyüm çil-çıraqdan səmaya milyon dənə.
Göylərdən səda gəldi, olduq əmrə müntəzir,
Mən cənnəti yaratdım, sən döndün mələklərə.
Boylandı heyran-heyran eşqimizə şah, vəzir
Əl-ələ üsyan etdik sevgisiz fələklərə.
Tanrı yalnız özünə rəva bilib təkliyi,
Neçəki, bir yerdəyik bir aləmik əvəzsiz.
Nə dövlət ola bilməz bundan böyük, nə də var
Sevgimiz təmənnasız, qərəzsiz, aydın, təmiz.
Elbəyi Cəlaloğlu
5.0
100% (1)