DüşməzDüşməz Beyin bir dəryadı, düşüncə gəmi, Yükü bilikdənsə covğuna düşməz. Ağıl kəsməyəndə qopar fırtına, Demə ki, daşqına, qarğına düşməz. Bilik meyarıdır ağlın, zəkanın, Qiymətini verər dövrü-məkanın. Onsuz istedadı yükdü çəkənin, Ha dartsa könüllər bağına düşməz. Elbəyi, qanadsız uçmağa gəldin, Dünyaya Gün kimi saçmağa gəldin, Bütün elmləri qucmağa gəldin, Ləkələr ömrüyün tağına düşməz. Elbəyi Cəlaloğlu |
Saygılarımla…