Tellərin bir bahar çiçəyə döndüTellərin bir bahar çiçəyə döndü (Anafora) Tilsimi sındırdıq bu gün, sevgilim, Taxdım saçlarına qızılgülləri. Təlaşmı varıydı canında sənin, Tökdükcə mən ölmüş şirin dilləri. Tərpənə bilmədin yerindən qəti, Tutub oxşadıqca mən əllərini. Tellərin bir bahar çiçəyə döndü, Tərif eylədikcə tər güllərini. Təngnəfəs olmuşdun yamanca, gülüm, Tər axdı alnından üzünə doğru. Təbinlə ən uca eşq olub axdı, Tale Elbəyinin özünə doğru. Elbəyi Cəlaloğlu |
Tebrikler…